AZ

Paşinyan Pezeşkianla Vaşinqton görüşünü müzakirə etdi 

Ermənistanın Baş naziri Nikol Paşinyanla İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı baş tutub. 


Manset.az Sputnik Ermənistan-a istinadən xəbər verir ki, tərəflər söhbət zamanı Vaşinqton görüşünü müzakirə ediblər.

“Vaşinqton danışıqlarının yekunu və Ermənistanla Azərbaycan arasında sülh region üçün yeni imkanlar yaradır”, - deyə Paşinyan telefon danışığı zamanı deyib. 

Ermənistan hökumətinin Mətbuat xidmətinin məlumatına görə, Paşinyan, həmçinin Pezeşkiana bildirib ki, regional kommunikasiyalar ölkələrin qanunvericiliyi, ərazi bütövlüyü, suverenliyi prinsipləri çərçivəsində və qarşılıqlılıq əsasında fəaliyyət göstərəcək.

Seçilən
72
50
manset.az

10Mənbələr