AZ

SOCAR Neft Daşları və “28 May” NQÇİ işçiləri ailə ilə əlaqə saxlaya bilmir

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı dənizdə çalışan işçilərin mobil rabitə ilə bağlı ciddi çətinliklər yaşadığını bildirib.

Tribunainfo.az xəbər verir ki, hüquq müdafiəçisinin sözlərinə görə, artıq bir neçə gündür Neft Daşları və “28 May” Neft-Qaz Çıxarma İdarəsinin (NQÇİ) dəniz sahələrində hər üç mobil operatorun şəbəkə və internet xidmətlərində ciddi nasazlıq var:

“Demək olar ki, şəbəkə və internet sıfır səviyyəsindədir. Bununla bağlı operatorların çağrı mərkəzinə müraciət edəndə bildirirlər ki, SOCAR-ın “Azneft” İB və İTİRİ idarəsi onlara rəsmi müraciət göndərməlidir ki, texniki komanda gəlib siqnal ötürücülərindəki nasazlığı aradan qaldırsın. Biz dəfələrlə idarəmizin və İTİRİ-nin yerli nümayəndəliyinə müraciət etmişik, amma problemi həll edən yoxdur”.

Qəhrəmanlı qeyd edib ki, əlaqə problemi işçilərin ailələri ilə ünsiyyətini də çətinləşdirib:

“İşçilər bildirir ki, ailə ilə əlaqə saxlamaqda əziyyət çəkirlər. Bundan əlavə, şirkət tərəfindən quraşdırılmış internet modemlərinin sürəti çox zəifdir, keyfiyyəti isə demək olar ki, yoxdur. Babək Hüseynov fəhlələrə söz vermişdi ki, internetin keyfiyyəti yüksək səviyyəyə çatdırılacaq. Nə oldu bəs? Heç olmasa, öz telefonumuzla evlə əlaqə saxlaya bilək”.

Mirvari Qəhrəmanlı məsələ ilə bağlı aidiyyəti qurumları tədbir görməyə çağırıb.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Gülşən Rəsul

Seçilən
16
41
tribunainfo.az

10Mənbələr