AZ

Xayme Syerra “Qəbələ”də!

Yeni mövsümə hazırlığını davam etdirən “Qəbələ” heyətini yeni futbolçu – ispan yarımmüdafiəçi Xayme Syerra ilə gücləndirib.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Xayme Syerranın son klubu Xorvatiya təmsilçisi “Varajdin” olub. Yeniyetmə yaşlarında “Karabançel”, “Real” və “Valensiya”da çıxış etmiş yarımmüdafiəçi peşəkar karyerasında vətənində “Leqanes”, “Loqrones”, “Kultural Leonesa”, “Atletiko Baleares”, Belçikada “Deyinze” klublarında forma geyinib.

“Qəbələ” daha öncə İsaak Amoa, Paulo Kimbila, Adriel Ba Lua, Eduardo Kunde və İbrahim Sanqareni də heyətinə qatmışdı. Prins Ovusu, Qədir Ramazanov və Elnur Mustafayevlə də yeni müqavilə imzalanıb.

Emil Süleymanov, Müşviq Nadirov, Samir Həsənov, Ruslan Voronsov, İbrahim Ramazanov, Oçe Oçoveçi, Xəyyam Məmmədli, Elvin Yunuszadə, Sənan Ağalarov, Ürfan İsmayılov və Abdullahi Şuaybu isə komandanı tərk ediblər.

Seçilən
131
15
arena.az

10Mənbələr