AZ

"Şamaxı" "Zirə"ni məğlub edib

Azərbaycan Premyer Liqasının təmsilçiləri "Zirə" və "Şamaxı" yoxlama oyununda üz-üzə gəliblər.

İdman.biz xəbər verir ki, "Azərsun Arena"da keçirilən qarşılaşma bölgə təmsilçisinin qələbəsi ilə yekunlaşıb.

"Şamaxı" 2:1 hesabı ilə üstün olub. Komandanın qollarını Karim Rossi və Andrey Tirkoveanu vurublar. "Zirə"nin heyətində isə penaltidən Ceyhun Nuriyev fərqlənib.

Qeyd edək ki, mövsümün ilk turunda “Şamaxı” səfərdə “Neftçi”, “Zirə” isə “Araz-Naxçıvan”la qarşılaşacaq.

İdman.biz

Seçilən
149
22
idman.biz

10Mənbələr