“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
İdman.biz xəbər verir ki, bölgə təmsilçisi Davud Mənsumovu heyətinə qatıb.
19 yaşlı hücumçu icarə əsasında komandada oynayacaq. “Qarabağ”a məxsus Davudla mövsümün sonuna kimi müqavilə imzalanıb.
Qeyd edək ki, "Şamaxı" Azərbaycan Premyer Liqasının ilk turunda səfərdə "Neftçi" ilə heç-heçə oynayıb (1:1).
İdman.biz