AZ

Xorvatiya millisinin üzvü "Milli Aviasiya Akademiyası"nda

"Milli Aviasiya Akademiyası" 2025/2026 mövsümü üçün heyətini gücləndirməkdə davam edir.

Apasport.az xəbər verir ki, komanda bu dəfə Xorvatiya millisinin voleybolçusu Popic Astridlə əməkdaşlığa başlayıb.

Təcrübəli oyunçu Avropa səhnəsində qazandığı uğurlarla tanınır. O, "Croatian Cup" 2018/19 turnirində “Ən yaxşı hücumçu”, Yunanıstan çempionatında keçirilən "Nomikeia" 2023/24 turnirində isə “Ən yaxşı blokçu” mükafatlarına layiq görülüb.

Eyni zamanda müxtəlif Avropa kuboklarında iştirak etmiş Astrid beynəlxalq təcrübəsi ilə seçilir.

"Azərreyl" yeni oyunçu ilə güclənib

“Xilasedici”dən yeni transfer

"Gəncə"nin sabiq üzvü İspaniya klubunda

"Gəncə"dən yeni transfer

Çimərlik voleybolu üzrə ölkə çempionatı başa çatıb

Seçilən
132
2
apasport.az

3Mənbələr