AZ

Xorvatiyalı voleybolçu "Milli Aviasiya Akademiyası"nda

"Milli Aviasiya Akademiyası" 2025/26 mövsümü üçün heyətini gücləndirməkdə davam edir.

"Football-plus.az" xəbər verir ki, komanda bu dəfə Xorvatiya millisinin voleybolçusu Popic Astridlə əməkdaşlığa başlayıb.

Təcrübəli oyunçu Avropa səhnəsində qazandığı uğurlarla tanınır. O, "Croatian Cup" 2018/19 turnirində “Ən yaxşı hücumçu”, Yunanıstan çempionatında keçirilən "Nomikeia" 2023/24 turnirində isə “Ən yaxşı blokçu” mükafatlarına layiq görülüb.

Eyni zamanda müxtəlif Avropa kuboklarında iştirak etmiş Astrid beynəlxalq təcrübəsi ilə seçilir.

Seçilən
92
2
football-plus.az

3Mənbələr