AZ

Cəlilabadda məktəb-liseyin statusu dəyişdirilib

Cəlilabad rayonunda fəaliyyət göstərən məktəb-liseyin statusu dəyişdirilib.

Bu barədə "Report"un Muğan bürosuna Lənkəran-Astara Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin fəaliyyət planına uyğun olaraq, Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan Cəlilabad şəhəri Nizami Gəncəvi adına 1 nömrəli humanitar və təbiət fənləri təmayüllü məktəb-liseyin statusu dəyişdirilərək liseyə çevrilib.

Qeyd edək ki, liseyə qəbul avqustun 16-17-də VII-IX siniflər üzrə aparılacaq.

Seçilən
55
10
report.az

10Mənbələr