AZ

Cəlilabadda məktəb liseyin statusu dəyişdirilib

ain.az, 525.az portalına istinadən məlumat yayır.

Cəlilabad rayonunda fəaliyyət göstərən məktəb-liseyin statusu dəyişdirilib.

525.az-a bu barədə Lənkəran-Astara Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin fəaliyyət planına uyğun olaraq, Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan Cəlilabad şəhəri Nizami Gəncəvi adına 1 nömrəli humanitar və təbiət fənləri təmayüllü məktəb-liseyin statusu dəyişdirilərək liseyə çevrilib.

Qeyd edək ki, liseyə qəbul avqustun 16-17-də VII-IX siniflər üzrə aparılacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
62
10
525.az

10Mənbələr