AZ

Cəlilabadda məktəb liseyin statusu dəyişdirildi

Bakivaxti saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Cəlilabad rayonunda fəaliyyət göstərən məktəb-liseyin statusu dəyişdirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Lənkəran-Astara Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin fəaliyyət planına uyğun olaraq, Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan Cəlilabad şəhəri Nizami Gəncəvi adına 1 nömrəli humanitar və təbiət fənləri təmayüllü məktəb-liseyin statusu dəyişdirilərək liseyə çevrilib.

Qeyd edək ki, liseyə qəbul avqustun 16-17-də VII-IX siniflər üzrə aparılacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
88
10
bakivaxti.az

10Mənbələr