AZ

Qarabağ UEFA Çempionlar Liqasının təsnifat mərhələsində unikal göstəriciyə imza atdı

ain.az, Oxu.az saytına istinadən bildirir.

"Qarabağ" UEFA Çempionlar Liqasının təsnifat mərhələsində uğurlu çıxışını davam etdirir. Ağdam təmsilçisi dünən Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Şkendiya" (Makedoniya) ilə səfər matçında da qələbə qazanıb - 1:0.

Oxu.Az UEFA-nın statistik göstəricilərinə istinadən xəbər verir ki, bununla da "Qarabağ" bu mövsüm turnirdə keçirdiyi hər 3 oyunu qalibiyyətlə başa vurub.

II təsnifat mərhələsində Qurban Qurbanovun komandası "Şelburn"u (Şimali İrlandiya) hər iki görüşdə məğlubiyyətə uğradıb (3:0, 1:0).

Ağdam təmsilçisi ÇL-in təsnifat mərhələsində qapısından qol buraxmayan 2 komandadan biridir. Qapısını toxunulmaz saxlayan digər klub isə "Kopenhagen"dir (Danimarka). Hər iki klub bu göstəriciyə görə 1-2-ci yeri tutur.

Qeyd edək ki, təsnifat mərhələlərində iştirakçı komandaların ümumi sayı 44-dür. Onlardan 42-si öz qapısından qol buraxıb. Ən çox top buraxan (9 dəfə) İslandiyanın "Breydablik" komandasıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
5
oxu.az

6Mənbələr