AZ

“Qarabağ” ÇL-də qapısından qol buraxmayan 2 komandadan biridir

style='margin-bottom:10px;'>

“Qarabağ” UEFA Çempionlar Liqasının təsnifat mərhələsində uğurlu çıxışını davam etdirir. Ağdam təmsilçisi dünən Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Şkendiya”ya (Şimali İrlandiya) ilə səfər matçında da qələbə qazanıb - 1:0.

Beləliklə, “Qarabağ” bu mövsüm yarışda keçirdiyi hər 3 oyunu qalibiyyətlə başa vurub. 2-ci təsnifat mərhələsində Qurban Qurbanovun komandası “Şelburn”u (Şimali İrlandiya) hər iki görüşdə məğlubiyyətə uğradıb (3:0, 1:0).

QOL.az UEFA-nın statistik göstəricilərinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi ÇL-in təsnifat mərhələsində qapısından qol buraxmayan 2 komandadan biridir. Qapısını toxunulmaz saxlayan digər klub isə “Kopenhagen”dir (Danimarka). Hər iki klub bu göstəriciyə görə 1-2-ci yeri tutur.

Qeyd edək ki, təsnifat mərhələlərinndə iştirakçı komandaların ümumi sayı 44-dür. Onlardan 42-i öz qapısından qol buraxıb. Ən çox top buraxan (9 dəfə) İslandiyanın “Breydablik” komandasıdır.

Seçilən
27
5
teleqraf.com

6Mənbələr