"Qarabağ" UEFA Çempionlar Liqasının təsnifat mərhələsində qapısından qol buraxmayan 2 komandadan biridir.
Publika.az xəbər verir ki, bu barədə UEFA məlumat yayıb.
Ağdam təmsilçisi dünən Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Şkendiya" (Makedoniya) ilə səfər matçında qələbə qazanıb - 1:0.
Bundan başqa, "köhlən atlar" II təsnifat mərhələsində "Şelburn"u (Şimali İrlandiya) hər iki görüşdə məğlubiyyətə uğradıb - (3:0, 1:0).
Qapısını toxunulmaz saxlayan digər klub isə Danimarka təmsilçisi “Kopenhagen”dir.