BAKI, 6 avqust. TELEQRAF
Türkiyənin "Fənərbağça" klubunun baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının III təsnifat mərhələsinin "Feyenoord"la oyunu öncəsi mətbuat konfransında Portuqaliya millisinin və "Portu"nun sabiq mərkəz müdafiəçisi Jorje Koştanın ölümü ilə bağlı sualdan sonra ağlamağa başlayıb.
Teleqraf xəbər verir ki, Mourinyo 2002-2004-cü illərdə Koşta ilə "Portu"da çalışıb. Müdafiəçi portuqaliyalı mütəxəssisin komandasının kapitanı olub. Onlar birlikdə 2004-cü ildə UEFA Çempionlar Liqasının qalibi olublar.
Koşta 1990-2005-ci illərdə "Portu"nun futbolçusu olub.
Qeyd edək ki, tanınmış futbolçu avqustun 5-də 53 yaşında dünyasını dəyişib.