AZ

Mourinyo mətbuat konfransında niyə ağlayıb?

"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo diqqət mərkəzinə düşüb.

Publika.az xəbər verir ki, o, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Feyenoord"la oyun öncəsi keçirilən mətbuat konfransında "Portu"nun keçmiş müdafiəçisi Jorje Koştanın ölümündən danışarkən göz yaşlarını saxlaya bilməyib:

"Bu, mənim tariximin bir hissəsidir. Kapitanlar və liderlər var. Söhbət yalnız qolunda sarğı olanlardan getmir, sən nəyin təmsilçisisənsə, ondan gedir. Jorje o futbolçulardan idi ki, "çirkli işi" görürdü və məşqçiyə öz işini görməyə imkan verirdi. Bir məşqçi üçün kapitanının belə davranması ideal vəziyyətdir. Təbii ki, bu hekayəmin bir hissəsinin artıq olmamasına görə kədərlənirəm.

Amma indi buradayamsa, bu ona görədir ki, əgər o mənimlə indi danışa bilsəydi, deyərdi: "Get, get mətbuat konfransına. Sabah oyunda iştirak et, mister, qalib gəl və məni unut". Jorje belə bir insan idi. Mən də elə bunu edəcəyəm".

Qeyd edək ki, Jorje Koşta və Joze Mourinyo "Portu"da 2 il (2002-2004) birlikdə çalışıb. Onlar birlikdə Çempionlar Liqasının qalibi olublar.

Seçilən
26
2
publika.az

3Mənbələr