AZ

Qəbələdə çoban qayadan yıxılıb

Qəbələnin Laza kəndində çobanlıq edən şəxs qayalıq ərazidən keçərkən atla qayadan yıxılıb.

APA-nin Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Laza kəndində qeydə alınıb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan və köməksiz qalan şəxs FHN-in xilasetmə qrupuna müraciət edib.

Dərhal əraziyə yollanan FHN-in Şimal Qərb Regional mərkəzinin xilasediciləri həmin şəxsi qayalıq ərazidən götürərək təcili tibbi yardım əməkdaşlarına təhvil verib.

Seçilən
39
17
demokrat.az

10Mənbələr