AZ

Qəbələdə çoban qayadan yıxıldı

Qəbələnin Laza kəndində çobanlıq edən şəxs qayalıq ərazidən keçərkən atla qayadan yıxılıb.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Laza kəndində qeydə alınıb.

    Müxtəlif dərəcəli bədən xəsarətləri alan və köməksiz qalan şəxs FHN-in xilasetmə qrupuna müraciət edib.

    Dərhal əraziyə yollanan FHN-in Şimal Qərb Regional mərkəzinin xilasediciləri həmin şəxsi qayalıq ərazidən götürərək təcili tibbi yardım əməkdaşlarına təhvil verib.

    İlkin tibbi yardım göstərilən şəxs Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

    Seçilən
    52
    17
    bakivaxti.az

    10Mənbələr