AZ

Qəbələdə çoban qayadan yıxılıb

Qəbələnin Laza kəndində çobanlıq edən şəxs qayalıq ərazidən keçərkən atla qayadan yıxılıb.

Azreform.info APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Laza kəndində qeydə alınıb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan və köməksiz qalan şəxs FHN-in xilasetmə qrupuna müraciət edib.

Dərhal əraziyə yollanan FHN-in Şimal Qərb Regional mərkəzinin xilasediciləri həmin şəxsi qayalıq ərazidən götürərək təcili tibbi yardım əməkdaşlarına təhvil verib.

İlkin tibbi yardım göstərilən şəxs Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Seçilən
49
17
azreform.info

10Mənbələr