“Report”un verdiyi məlumata görə, V.Zelenski bu barədə öz “Telegram” kanalında yazıb.
"ABŞ Prezidenti ilə məhsuldar söhbət apardıq. Əsas məsələ müharibənin dayandırılmasıdır. Biz ədalətli və davamlı sülh naminə göstərdiyi bütün səylərə görə ABŞ Prezidentinə minnətdarıq. Həqiqətən, qətllərə mümkün qədər tez son qoymaq lazımdır, biz bunu tam dəstəkləyirik. Əgər rusiyalılar uzatmasaydı, müharibə artıq çoxdan bitmiş ola bilərdi", - Ukrayna lideri qeyd edib.
Onun sözlərinə görə, ABŞ və Ukrayna mövqelərini koordinasiya edib və Rusiya qoşunlarının Ukrayna ərazisinə endirdiyi zərbələrin intensivliyinin artması barədə fikir mübadiləsi aparıb. "Prezident Tramp Rusiyanın Kiyevə, digər şəhərlərə və icmalara zərbələr endirməsi barədə tam məlumatlandırılıb", - o qeyd edib.
Bundan başqa, paylaşımda bildirilib ki, liderlər Rusiyaya qarşı sanksiyaları və təzyiqin artırılmasını, eləcə də Aİ-nin Kiyevə silah tədarükünə dəstəyini və dron istehsalı üzrə ABŞ-Ukrayna əməkdaşlığını müzakirə ediblər.
10Mənbələr
-
7times.azZelenski Trampla müharibənin dayandırılmasını müzakirə edib ( 20056254)
-
qaziler.azZelenski Trampla müharibənin dayandırılmasını müzakirə edib ( 20054793)
-
demokrat.azZelenski Trampla müharibənin dayandırılmasını müzakirə edib ( 20053686)
-
aznews.azZelenski Trampla müharibənin dayandırılmasını müzakirə edib ( 20053125)
-
moderator.azZelenski Trampla müharibənin dayandırılmasını müzakirə edib ( 20052963)
-
olke.azZelenski müharibənin dayandırılmasını Trampla müzakirə edib ( 20052864)
-
viral.azZelenski Trampla telefonda bunu müzakirə etdi ( 20052351)
-
redaktor.azZelenski Trampla telefonda bunu müzakirə etdi ( 20052318)
-
manset.azTramp Zelenski ilə müzakirə apardı ( 20052201)
-
referans.azTrampla Zelenski danışdı ( 20051937)