AZ

Zelenski Trampla müharibənin dayandırılmasını müzakirə edib

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampla telefon danışığı aparıb.

Aznews.az xəbər verir ki, V.Zelenski bu barədə öz “Telegram” kanalında yazıb.

"ABŞ Prezidenti ilə məhsuldar söhbət apardıq. Əsas məsələ müharibənin dayandırılmasıdır. Biz ədalətli və davamlı sülh naminə göstərdiyi bütün səylərə görə ABŞ Prezidentinə minnətdarıq. Həqiqətən, qətllərə mümkün qədər tez son qoymaq lazımdır, biz bunu tam dəstəkləyirik. Əgər rusiyalılar uzatmasaydı, müharibə artıq çoxdan bitmiş ola bilərdi", - Ukrayna lideri qeyd edib.

Onun sözlərinə görə, ABŞ və Ukrayna mövqelərini koordinasiya edib və Rusiya qoşunlarının Ukrayna ərazisinə endirdiyi zərbələrin intensivliyinin artması barədə fikir mübadiləsi aparıb. "Prezident Tramp Rusiyanın Kiyevə, digər şəhərlərə və icmalara zərbələr endirməsi barədə tam məlumatlandırılıb", - o qeyd edib.

Seçilən
37
17
aznews.az

10Mənbələr