AZ

Trampla Zelenski danışdı

  Ukrayna Prezidenti Volodimir Zelenski ilə amerikalı həmkarı Donald Tramp arasında telefon danışığı olub.

Referans xəbər verir ki, V.Zelenski bu barədə öz Teleqram kanalında yazıb.

“ABŞ Prezidenti ilə məhsuldar söhbət apardıq. Əsas məsələ müharibənin dayandırılmasıdır. Biz ədalətli və davamlı sülh naminə göstərdiyi bütün səylərə görə ABŞ Prezidentinə minnətdarıq. Həqiqətən, qətllərə mümkün qədər tez son qoymaq lazımdır, biz bunu tam dəstəkləyirik. Əgər rusiyalılar uzatmasaydı, müharibə artıq çoxdan bitmiş ola bilərdi”, – V.Zelenski qeyd edib./globalinfo.az  

Seçilən
18
8
referans.az

10Mənbələr