AZ

“Qarabağ”ın pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə "Qarabağ"ın da potensial rəqibləri bəlli olub.

Ağdam təmsilçisi III raundda Şimali Makedoniyanın "Şkendiya" klubunu məğlub edəcəyi təqdirdə, pley-off mərhələsində "Ludoqorets" (Bolqarıstan) - "Ferensvaroş" (Macarıstan) cütünün qalibi

ilə qarşılaşacaq.

Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları avqustun 19-20-də, cavab matçları isə 26-27-də keçiriləcək.

Seçilən
15
4
day.az

10Mənbələr