Xankəndi. Trend:
Hazırda Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında 15 mindənşəxs məskunlaşıb. Bu şəxslər həm keçmiş məcburi köçkünlər, həm dədövlət və özəl qurumlarda çalışanlar və onların ailəüzvləridir.
Trend xəbərverir ki, bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarındaAzərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi ElçinYusubov Xankəndidə keçirilən Diaspor Gənclərinin VI YayDüşərgəsinin açılış mərasimində deyib.
E.Yusubov xatırladıb ki, 2024-cü il mayın 28-də Prezident İlhamƏliyevin iştirakı ilə Xocalı şəhərinə ilk ailələrin köçü baştutub:
“Ümumilikdə isə hazırda Ağdərə rayonunun Suqovuşan, Həsənriz vəTalış kəndlərinə, eləcə də, Xocalı şəhəri və rayonun Ballıca,Təzəbinə və Xanyurdu kəndlərinə keçmiş məcburi köçkünlərin birqisminin qayıdışı təmin edilib, bu kəndlərdə həyat canlanıb. Qeydolunan işlər köç planına uyğun olaraq mərhələli şəkildə icraedilməkdədir.
Bundan başqa, 2025-ci il üçün köç planına əsasən, 18 yaşayışməntəqəsinə, o cümlədən, Xocalı rayonunun 11 kəndinə (Ballıca,Xanyurdu, Təzəbinə, Daşbulaq, Badara, Seyidbəyli, Xanabad,Şuşakənd, Almalı, Mehdibəyli və Çanaqçı) və Ağdərə rayonunun 7kəndinə (Həsənriz, Vəngli, Kolatağ, Çıldıran, Heyvalı, Çapar vəAşağı Oratağ) əhalinin köçü ilə bağlı təmir-bərpa işləri aparılacaq2 450 sayda ev müəyyən edilib”.
Prezidentinin xüsusi nümayəndəsi qeyd edib ki, bu kəndlər üzrəəhalinin köçü ilə bağlı müvafiq işlərə artıq başlanılıb.
“Nəticədə qeyd olunan kəndlər üzrə 10 minədək keçmiş məcburiköçkünün məskunlaşdırılması təmin ediləcək”, - deyə ovurğulayıb.