AZ

Prezidentin xüsusi nümayəndəsi: Xocalı və Ağdərəyə köçlə bağlı təmir-bərpa işləri aparılacaq

“Həyata keçirilmiş tikinti və bərpa işləri nəticəsində hazırda Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarının ərazisində 15 minə yaxın əhali yaşayır”.

APA-nın yerli müxbiri xəbər verir ki, bunu Xankəndidə Diaspor Gənclərinin VI Yay Düşərgəsinin açılış mərasimində çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov deyib.

O bildirib ki, bu şəxslər həm doğma ata-baba torpaqlarına qayıdan keçmiş məcburi köçkünlər, həm də bu ərazilərdə fəaliyyət göstərən dövlət və özəl qurumlarda çalışanlardır:

“Hazırda Ağdərə rayonunun Suqovuşan, Həsənriz və Talış kəndlərinə eləcə də Xocalı şəhəri və rayonun Ballıca, Təzəbinə, Xanyurdu kəndlərinə keçmiş məcburi köçkünlərin bir qisminin qayıdışı təmin edilib və bu kəndlərə həyat yenidən qayıdıb. İşlər köç planına uyğun olaraq mərhələli şəkildə icra edilməkdədir. Bundan başqa 2025- ci ilin köç planına əsasən 18 yaşayış məntəqəsinə, o cümlədən Xocalı rayonunun 11 kəndinə, (Ballıca, Xanyurdu, Təzəbinə, Daşbulaq ,Badara,Seyidbəyli,Xanabad,Şuşakənd, Almalı,Mehdibəyli və Çanaqçı) Ağdərə rayonunun 7 kəndinə (Həsənriz, Vəngli, Kolatağ, Çıldıran, Heyvalı, Çapar və Aşağı Oratağ) əhalinin köçü ilə bağlı təmir-bərpa işləri aparılacaq. Bu kəndlər üzrə əhalinin köçü ilə bağlı müvafiq işlərə artıq başlanıb. Nəticədə qeyd olunan kəndlər üzrə 6 min 400-ə yaxın keçmiş məcburi köçkünün məskunlaşması təmin edilib. Hazırda növbəti illər üçün bu və digər yaşayış məntəqələri üzrə köç planın tərtib olunması və bunla bağlı aidiyyətı istiqamətlərdə müvafiq işlər aparılır”.

Seçilən
6
6
apa.az

10Mənbələr