Sea Breeze

Hazırda Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarının ərazisində 15 minə yaxın əhali yaşayır. Bu şəxslər doğma ata-baba torpaqlarına qayıdan keçmiş məcburi köçkünlər, eləcə də bu ərazilərdə fəaliyyət göstərən dövlət və özəl qurumlarda çalışanlar, onların ailə üzvləridir. Ağdərə rayonunun Suqovuşan, Həsənriz və Talış kəndlərinə, Xocalı şəhəri və rayonun Ballıca, Təzəbinə, Xanyurdu kəndlərinə keçmiş məcburi köçkünlərin bir qisminin qayıdışı təmin edilib və bu kəndlərə həyat yenidən qayıdıb.

Bunu Xankəndidə Diaspor Gənclərinin VI Yay Düşərgəsinin açılış mərasimində çıxışında Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov deyib.

“2025-ci ilin köç planına əsasən 18 yaşayış məntəqəsinə, o cümlədən Xocalı rayonunun 11, Ağdərə rayonunun 7 kəndinə əhalinin köçü ilə bağlı təmir-bərpa işləri aparılacaq. Bu kəndlər üzrə əhalinin köçü ilə bağlı müvafiq işlərə başlanıb. Nəticədə qeyd olunan kəndlər üzrə 6 min 400-ə yaxın keçmiş məcburi köçkünün məskunlaşması təmin edilib. Hazırda növbəti illər üçün bu və digər yaşayış məntəqələri üzrə köç planının tərtib olunması və bununla bağlı aidiyyəti istiqamətlərdə müvafiq işlər aparılır”, – deyə E.Yusubov bildirib.

ETX
ETX
ETX