AZ

Hindistan Rusiyadan neft almaqla Ukraynadakı münaqişəni maliyyələşdirir

Hindistan

Ağ Ev rəhbərinin müavini Stiven Miller ABŞ prezidenti Donald Trampın Hindistanın Rusiya neftini almaqla Ukraynadakı münaqişəni maliyyələşdirdiyinə inandığını iddia edib.

"Tramp Hindistanın Rusiyadan neft almaqla bu müharibəni maliyyələşdirməsinin qəbuledilməz olduğunu açıqladı”, - Miller Fox Business-ə müsahibəsində deyib.

Millerin sözlərinə görə, ABŞ administrasiyası “Ukraynadakı münaqişənin diplomatik, maliyyə və digər vasitələrlə sülh yolu ilə həllinə nail olmaq üçün hər hansı variantı istisna etmir”.

Tramp daha əvvəl Hindistanın ABŞ-la ticarət sazişi bağlamaq üçün Rusiyadan neft almasını dayandıracağını bildirsə də, “bunun doğru olub-olmadığını bilmədiyini” əlavə edib.

Cavid

Seçilən
80
6
xalqcebhesi.az

10Mənbələr