AZ

Hindistan Ukraynadakı münaqişəni maliyyələşdirir? -AĞ EV-dən İTTİHAM

Ağ Ev rəhbərinin müavini Stiven Miller ABŞ Prezidenti Donald Trampın Hindistanın Rusiya neftini almaqla Ukraynadakı münaqişəni maliyyələşdirdiyinə inandığını iddia edib.

 

Miller bu barədə “Fox Business”ə müsahibəsində deyib.

 

“O (Tramp – red.) Hindistanın Rusiyadan neft almaqla bu müharibəni maliyyələşdirməsinin qəbuledilməz olduğunu açıqlayıb”, - Miller bildirib.

 

Millerin sözlərinə görə, Amerika administrasiyası diplomatik, maliyyə və digər vasitələrdən istifadə etməklə Ukraynada münaqişənin sülh yolu ilə həllinə nail olmaq istəyir.

 

Tramp daha əvvəl deyib ki, Hindistan ABŞ ilə ticarət sazişi bağlamaq üçün Rusiyadan neft almağı dayandıracaq.

Seçilən
56
6
senzor.az

10Mənbələr