Göygölün Yeni Qızılca qəsəbəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
“Qafqazinfo” xəbər verir ki, iki “VAZ” avtomobilinin toqquşması nəticəsində 1990-cı il təvəllüdlü Xəqani Bayramov, onun qohumu 2005-ci il təvəllüdlü Eşqin Bayramov və 1994-cü il təvəllüdlü Famil Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hər üç şəxs Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb. Vəziyyətləri orta-ağırdır.
Yunis Quliyev
