Göygöl rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Yeni Qızılca qəsəbəsində qeydə alınıb.
Hərəkətdə olan iki "VAZ" avtomobilinin toqquşması nəticəsində 1990-cı il təvəllüdlü Xəqani Bayramov, onun qohumu 2005-ci il təvəllüdlü Eşqin Bayramov və 1994-cü il təvəllüdlü Famil Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər.
Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu