AZ

Cəlilabadda avtomobil yanaraq kül olub

Cəlilabad rayonunda minik avtomobili yanıb.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Maşlıq kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Zaur Ağayevə məxsus olan "VAZ 2106" markalı avtomobil qəfildən alışıb.

Hadisə yerinə Cəlilabad rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Lakin avtomobil tamamilə yanıb.

Seçilən
9
5
demokrat.az

10Mənbələr