CƏLİLABAD, 3 avqust.TELEQRAF
Cəlilabad rayonunda minik avtomobili yanıb.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, hadisə Cəlilabad rayonunun Maşlıq kəndində baş verib.
Kənd sakini, Ağayev Zaur Gülağa oğluna məxsus "VAZ 2106" markalı minik avtomobili qəfil alışaraq yanmağa başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən qüvvələri cəlb olunsa da, avtomobili xilas etmək mümkün olmayıb və o, tamamilə yanıb.
Faktla bağlı araşdırma aparılır.