Cəlilabad rayonunda minik avtomobili yanıb.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Maşlıq kəndində qeydə alınıb.
Belə ki, kənd sakini Zaur Ağayevə məxsus olan "VAZ 2106" markalı avtomobil qəfildən alışıb. Marqarita pizza
Hadisə yerinə Cəlilabad rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Lakin avtomobil tamamilə yanıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb. İlkin ehtimala görə, yanğın qısaqapanmadan olub. Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız