AZ

Tərtərdə 3 nəfər su kanalında itkin düşdü

Tərtərdə 3 nəfər su kanalında itkin düşüb.

Viral.az  report.az-a istinadla xəbər verir ki, hadisə rayonun Cəmilli kəndi ərazisində baş verib.

İlkin məlumata görə, Bərdənin 4 sakini çimmək üçün Suqovuşan-Goranboy beton su kanalına düşüblər. Kanalda axın güclü olduğundan onların hamısını su aparıb. Kənd sakinləri kanalda boğulmaq təhlükəsi ilə üzləşən bir nəfəri xilas ediblər, o, təcili yardım maşını ilə rayon xəstəxanasına göndərilib. Digər 3 şəxsdən isə xəbər yoxdur.

Son Yazılar:

Hazırda hüquq-mühafizə əməkdaşları hadisənin baş verdiyi ərazidədirlər.

Seçilən
9
16
viral.az

10Mənbələr