AZ

Tərtərdə boğulmaqda olan 3 nəfər xilas edildi – Ölən var

Tərtər rayonu ərazisində boğulma təhlükəsi ilə üzləşən şəxslər xilas edilib.

Viral.az verir ki, dörd nəfər Cəmilli kəndi ərazisində çimmək məqsədilə Suqovşan-Goranboy magistral su kanalına düşüblər.

Kanalda axın güclü olduğundan onların hamısını su aparıb. Ərazidə olan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları boğulmaq təhlükəsi ilə üzləşən üç nəfəri xilas edib.

Son Yazılar:

Dördüncü şəxs, 1994-cü il təvəllüdlü Hüseynov Natiq Namiq oğlunun cansız bədəni beton kanalın Tərtər rayon Borsunlu kəndi ərazisindən keçən hissəsində tapılıb.

***

Tərtərdə kanalda batan Bərdə sakinlərindən birinin meyti tapılaraq sudan çıxarılıb.

Viral.az “Report”a istinadla xəbər  verir ki, meyit beton kanalın Tərtər rayon Borsunlu kəndi ərazisindən keçən hissəsində tapılıb.

Hazırda meytin aidiyyatı üzrə təhvil verilmə prosesi aparılır.

Faktla bağlı araşdırma başlanıb meytin kimliyi araşdırılır

***

Tərtərdə 3 nəfər su kanalında itkin düşüb.

Viral.az  report.az-a istinadla xəbər verir ki, hadisə rayonun Cəmilli kəndi ərazisində baş verib.

İlkin məlumata görə, Bərdənin 4 sakini çimmək üçün Suqovuşan-Goranboy beton su kanalına düşüblər. Kanalda axın güclü olduğundan onların hamısını su aparıb. Kənd sakinləri kanalda boğulmaq təhlükəsi ilə üzləşən bir nəfəri xilas ediblər, o, təcili yardım maşını ilə rayon xəstəxanasına göndərilib. Digər 3 şəxsdən isə xəbər yoxdur.

Hazırda hüquq-mühafizə əməkdaşları hadisənin baş verdiyi ərazidədirlər.

Seçilən
7
1
viral.az

10Mənbələr