AZ

Tərtərdə kanalda batan daha bir nəfərin meyiti tapıldı - YENİLƏNİB

Tərtər rayonunda kanalda batan daha bir nəfərin meyiti tapılıb.
 
Moderator.az-ın məlumatına görə, batan şəxsin meyiti rayonun Borsunlu kəndi ərazisində aşkar edilib. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Kanalda batan digər şəxsin axtarışları davam edir.
 
Xatırladaq ki, bu gün Tərtər rayonu ərazisində 4 nəfər kanalda boğulma təhlükəsi ilə üzləşib. Daha əvvəl onlardan bir nəfərin sağ, digər bir nəfərin işə meyiti çıxarılsa da, iki nəfər barədə məlumat yox idi.
 
18:30
 
Tərtərdə 3 nəfər su kanalında itkin düşüb.
 
Moderator.az xəbər verir ki, hadisə rayonun Cəmilli kəndi ərazisində baş verib.
 
İlkin məlumata görə, Bərdənin 4 sakini çimmək üçün Suqovuşan-Goranboy beton su kanalına düşüblər. Kanalda axın güclü olduğundan onların hamısını su aparıb. Kənd sakinləri kanalda boğulmaq təhlükəsi ilə üzləşən bir nəfəri xilas ediblər, o, təcili yardım maşını ilə rayon xəstəxanasına göndərilib. Bir nəfərin isə öldüyü bildirilir. Digər 2 şəxsdən isə xəbər yoxdur.
 
Hazırda hüquq-mühafizə əməkdaşları hadisənin baş verdiyi ərazidədirlər.
 
Seçilən
23
1
moderator.az

10Mənbələr