AZ

Sunami Rusiyada zavodu tamamilə dağıdıb

Paramuşirdəki “Alaid” balıq zavodu sunami zamanı bütün avadanlıqlarını itirib və yaxın gələcəkdə fəaliyyətini davam etdirə bilməyəcək.

Operativ Media xəbər verir ki, bu barədə Severo-Kuril rayonu administrasiyasından bildirilib.

“Zavod hazırda fəaliyyət göstərmir və yaxın gələcəkdə fəaliyyətini davam etdirə bilməyəcək. Sunami bütün elektrik avadanlıqlarını, sıradan çıxarıb, bütün soyuducu avadanlıqlar, sexlərdəki konveyerlər yararsız hala düşüb”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, iyulun 30-da Kamçatkada baş verən güclü zəlzələ zamanı sunami yaranmışdı.

Seçilən
72
7
operativmedia.az

10Mənbələr