Paramuşirdəki “Alaid” balıq zavodu sunami zamanı bütün avadanlıqlarını itirib və yaxın gələcəkdə fəaliyyətini davam etdirə bilməyəcək.
Bakues.az xəbər verir ki, bu barədə Severo-Kuril rayonu administrasiyasından bildirilib.
“Zavod hazırda fəaliyyət göstərmir və yaxın gələcəkdə fəaliyyətini davam etdirə bilməyəcək. Sunami bütün elektrik avadanlıqlarını, sıradan çıxarıb, bütün soyuducu avadanlıqlar, sexlərdəki konveyerlər yararsız hala düşüb”, – məlumatda qeyd olunub.
Qeyd edək ki, iyulun 30-da Kamçatkada baş verən güclü zəlzələ zamanı sunami yaranmışdı.