AZ

Sunami Rusiyada bu zavodu tamamilə dağıtdı

Paramuşirdəki “Alaid” balıq zavodu sunami zamanı bütün avadanlıqlarını itirib və yaxın gələcəkdə fəaliyyətini davam etdirə bilməyəcək.

"Bakuinfo" xəbər verir ki, bu barədə Severo-Kuril rayonu administrasiyasından bildirilib.

“Zavod hazırda fəaliyyət göstərmir və yaxın gələcəkdə fəaliyyətini davam etdirə bilməyəcək. Sunami bütün elektrik avadanlıqlarını sıradan çıxarıb, bütün soyuducu avadanlıqlar, sexlərdəki konveyerlər yararsız hala düşüb”, - məlumatda vurğulanıb.

Qeyd edək ki, iyulun 30-da Kamçatkada baş verən güclü zəlzələ sunamiyə səbəb olmuşdu.

Seçilən
45
7
bakuinfo.net

10Mənbələr