AZ

Suriyaya qaz təchizatı layihəsində Qətər dövlətinin mühüm töhfəsi var

Kilis. Trend:

Qaz təchizatı layihəsində Qətər dövlətinin də mühüm töhfəsi var.Azərbaycan, Türkiyə və Qətər regionda dayanıqlı sülhün bərqərarolmasında maraqlıdırlar və bu istiqamətdə birgə fəaliyyətgöstərirlər.

Trend xəbərverir ki, müvafiq qaz alqı-satqı müqaviləsi və Türkiyə tərəfi iləSvop razılaşması çərçivəsində Azərbaycan təbii qazının Türkiyəərazisi ilə Suriyaya nəql olunması ölkəmizin enerji ixracıtarixində mühüm mərhələdir və Cənubi Qafqaz ilə Yaxın Şərq arasındayeni enerji körpüsünün əsasını qoyur.

Qeyd edək ki, bu gün Türkiyənin Kilis şəhərində Azərbaycanqazının Türkiyə ərazisindən Suriyaya nəqlinə başlanılması ilə bağlıtədbir keçirilib. Tədbirdə Azərbaycan, Türkiyə, Suriyanın, Qətərinhökumət nümayəndələri, rəsmi şəxslər iştirak ediblər.

Əlavə edək ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Suriyaarasında bu yaxınlarda imzalanmış sənəd üzrə təbii qazın nəqli üçünhazırlıqlar tamamlanıb. İlk mərhələdə illik 1,2 milyard kubmetrtəbii qazın Suriyaya ixracı planlaşdırılır. Qaz Türkiyəsərhədindəki Kilis şəhərindən keçərək Hələb və Homsdakı elektrikstansiyalarına çatacaq və elektrik istehsalı üçün istifadəolunacaq. Bunun sayəsində təxminən 1.200–1.300 meqavatlıq istehsalgücü hədəflənir.

Ümumilikdə, yeni enerji xəttinin istifadəyə verilməsi Suriyanınyenidən qurulmasında mühüm addım hesab olunur. Belə ki,Azərbaycandan gələn təbii qazın Türkiyə üzərindən Kilis xətti iləSuriyaya çatdırılması Suriyanın zədələnmiş elektrikinfrastrukturunun bərpasına və Türkiyənin regional enerji mərkəziolma hədəfinin gücləndirilməsinə töhfə verməyi məqsəd qoyur.

Xatırladaq ki, cari ilin iyulun 12-də Suriya ƏrəbRespublikasının keçid dövrü Prezidenti Əhməd Əl ŞaraanınAzərbaycana işgüzar səfəri çərçivəsində Azərbaycan Dövlət NeftŞirkəti (SOCAR) ilə Suriya Ərəb Respublikası Hökuməti arasındaAnlaşma Memorandumu imzalanıb.

Memorandumu Azərbaycanının iqtisadiyyat naziri, SOCAR-ınMüşahidə Şurasının sədri Mikayıl Cabbarov və Suriyanın energetikanaziri Məhəmməd Əl Bəşir imzalayıblar.

Seçilən
58
18
az.trend.az

10Mənbələr