AZ

Putindən TƏCİLİ AÇIQLAMA: "Moskva hazırdır..."

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə sülh danışıqları barədə açıqlama verib.

Referans TASS-a istinadən xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran Putin bildirib ki, əgər Kiyev tərəfi hazırkı mərhələdə danışıqların

məqsədəuyğun olmadığını düşünürsə, Moskva gözləməyə hazırdır.

"Əgər Ukrayna rəhbərliyi hesab edirsə ki, indi vaxt deyil və gözləmək lazımdır, biz də gözləməyə hazırıq", – deyə Rusiya lideri vurğulayıb.

O, bu fikri Ukrayna Prezidenti Volodimir Zelenskinin danışıqların hazırda mənasız olduğu və Rusiyada rejim dəyişikliyi gözləmək lazım gəldiyi ilə bağlı açıqlamasına münasibət bildirərkən səsləndirib.

Xatırladaq ki, Zelenski daha əvvəl Finlandiyada keçirilən ATƏT konfransında çıxış edərək beynəlxalq ictimaiyyəti Rusiyada “rejimi dəyişmək” üçün qəti tədbirlər görməyə çağırmışdı. Ukrayna lideri həmçinin Rusiyanın dondurulmuş xarici aktivlərindən istifadənin vacibliyini qeyd edib.

Seçilən
90
32
referans.az

10Mənbələr