AZ

Putin: “Əgər Kiyev danışıqlara hazır deyilsə, biz gözləyə bilərik”

Rusiya prezidenti Vladimir Putin bildirib ki, əgər Kiyev hesab edirsə ki, danışıqlar üçün indi uyğun vaxt deyil, Moskva gözləməyə hazırdır.

Turkustan.az xəbər verir ki, o, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında İstanbulda keçirilən əvvəlki görüşləri ümumilikdə müsbət qiymətləndirib.

“Bütün məyusluqlar adətən, həddindən artıq gözləntilərdən doğur,” – deyən Putin, Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün ətraflı danışıqların aparılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bu cür söhbətlər ictimaiyyət qarşısında deyil, qapalı şəkildə aparılmalıdır.

Prezident əlavə edib ki, Rusiya Ukraynada nizamlanma ilə bağlı məqsədlərini artıq bir il əvvəl müəyyənləşdirib və uzunmüddətli, vaxt məhdudiyyəti olmayan sülhün tərəfdarıdır.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
75
1
turkustan.az

10Mənbələr