2025-ci ilin iyul ayında İsveçrə hökumətinin beynəlxalq təhsil yardımını azaltmaq qərarı ciddi narahatlıq yaradıb. RECI Təhsil Forumu 2025-də bildirilib ki, bu qərar təxminən 1.6 milyon uşaq və yeniyetmənin təhsil alma imkanlarını təhlükə altına sala bilər.
AzEdu.az xarici mənbədən aldığı məlumata əsasən xəbər verir ki, forum iştirakçıları hökuməti bu addımı yenidən gözdən keçirməyə və təhsil sahəsində qlobal yardımı davam etdirməyə çağırıblar. Onlar vurğulayıblar ki, təhsilə yatırılan investisiyalar yalnız fərdi gələcək üçün deyil, həm də cəmiyyətlərin inkişafı üçün həyati əhəmiyyət kəsb edir.
İsveçrənin qlobal təhsil sahəsindəki rolu və dəstəyi azaldıqca, xüsusilə inkişaf etməkdə olan ölkələrdə uşaqların təhsil imkanlarının məhdudlaşması riski artır.