AZ

Avstraliyada 3 milyon tələbənin təhsil borcu azaldılacaq

Avstraliya parlamenti 3 milyon tələbə və məzunun təhsil borcunun azaldılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, baş nazir Antoni Albanese hökumətinin təşəbbüsü ilə təqdim olunan Təhsil xərcləri üzrə kömək proqramı (HECS) qanunu tələbə və məzunların mövcud universitet və texniki təhsil (TAFE) borclarının 20 faiz ixtisarını nəzərdə tutub. Yeni qanun həm borcların ümumi həcmini azaltmağı, həm də ödəniş mexanizmini daha çevik və şəffaf formada yenidən qurmağı hədəfləyir.Məlumata görə, bu dəyişikliyin nəticəsində tələbələr və məzunlar ümumilikdə təxminən 16 milyard Avstraliya dollarına qənaət edəcək. Borcların yenidən hesablanması ilin sonunadək başa çatdırılacaq.

Qeyd edək ki, sözügedən qanun layihəsi Albanese hökumətinin bu sessiyadakı ilk qanunverici təşəbbüsü olub.

Seçilən
80
50
metbuat.az

10Mənbələr