“Bu, belə deyil. Sadəcə düzgün istiqamətləndirmə ilə onlar Harvard Universiteti ilə yanaşı, ABŞ-ın digər nüfuzlu ali məktəblərində də təhsil ala bilərlər”. Q.Məmmədova deyib ki, artıq bir ildir Harvardda təhsil alır və bu müddət ərzində Novruz bayramı şənliyi təşkil ediblər:
“Tədbirdə 250-dən çox müxtəlif xalqlardan olan professor və tələbə iştirak edib. Təkcə Harvarddan deyil, Boston və digər universitetlərdən də qonaqlarımız var idi. İnsanlar Azərbaycan mədəniyyəti və adət-ənənələri ilə yaxından tanış olmaqda maraqlı oldular. Hazırda Harvard Universitetində Azərbaycandan yalnız iki tələbə – Ayla Əliyeva və mən təhsil alırıq. Digər azərbaycanlı kökənli tələbələr isə əsasən burda doğulublar”.
O əlavə edib ki, onlar yaradacaqları təşkilata Azərbaycanla hər hansı əlaqəsi olan bütün tələbələri qoşulmağa dəvət ediblər:
“Biz düşünürük ki, ABŞ-ın digər universitetlərində təhsil alan azərbaycanlı tələbələrin də dəstəyini alacağıq. Çünki təşkilatın yarnaması üçün müəyyən şərtlər var ki, bunlardan biri də üzüvlərin müəyyən sayda olmasıdır. Harvard Universitetində təhsil alan İtaliya, Əfqanıstan, İran, Rusiya, Ukrayna və yerli amerikalı dostlarımız da bizə dəstək verərək bu təşəbbüsə qoşulmaq istəyirlər. Onlar bilirlər ki, Harvardda azərbaycanlı tələbələrin sayı azdır və hər zaman bizə dəstək verməyə hazırdırlar”.