AZ

Kaliforniyada F-35 qırıcısı qəzaya uğrayıb

ABŞ-ın beşinci nəsil F-35 qırıcısı Kaliforniya ştatında qəzaya uğrayıb. Bu barədə ABC News telekanalı məlumat yayıb.

Məlumata görə, insident ştatın mərkəzi hissəsində yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin “Lemur” hava stansiyasının yaxınlığında baş verib. Təyyarə tarlaya düşüb, pilot vaxtında təyyarəni tərk edə bilib, həyati təhlükəsi yoxdur.

Hadisə ilə bağlı araşdırma aparılır.

P.ƏMİRCANOV
XQ

Seçilən
44
6
xalqqazeti.az

10Mənbələr