AZ

ABŞ-da F-35 qırıcı təyyarəsi qəzaya uğradı – VİDEO

ABŞ-ın beşinci nəsil F-35 qırıcı təyyarəsi Kaliforniya ştatında qəzaya uğrayıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı ABC News telekanalı yayıb.

Məlumata görə, hadisə ştatın mərkəzində yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin Lemur bazası yaxınlığında baş verib. Təyyarə əkin sahəsinə düşüb. Pilot katapult edilərək sağ qurtulub, onun həyatına heç bir təhlükə yoxdur.

Hadisə ilə bağlı istintaq başladılıb.


Bizim.Media

Seçilən
53
1
bizim.media

10Mənbələr