Bakı. Trend:
ABŞ-nin beşinci nəsil F-35 hərbi qırıcısı Kaliforniya ştatındaqəzaya uğrayıb.
Trend xəbər verirki, bu barədə ABC News kanalı məlumat yayıb.
İnsident ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Lemur” havastansiyasının yaxınlığında, ştatın mərkəzi hissəsində başverib.
Bildirilib ki, təyyarə tarlaya düşüb, pilot isə katapultvasitəsilə sağ-salamat xilas ola bilib və onun həyatına heç birtəhlükə yoxdur.
Hadisə ilə bağlı araşdırma aparılır.