AZ

Azərbaycan qızıl ixracından gəlirləri artırıb

2025-ci ilin yanvar-iyununda Azərbaycan 144 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi məlumat yayıb.

Cari ilin iyununda Azərbaycan 22,97 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 81,4 % çoxdur.

6 ay ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,9 % artaraq 1,8 milyard ABŞ dolları təşkil edib.

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2025-ci ilin II rübündə 15,8 ton qızıl alıb.

Fonddan verilən məlumata görə, 1 iyul tarixinə investisiya portfelində qızılın xüsusi çəkisi 28,8%-ə çatıb. Bu göstərici aprelin 1-i ilə müqayisədə 3 faiz bəndi çoxdur.

Artım həm qızıl alışları, həm də beynəlxalq bazarlarda qiymətlərin yüksəlməsi ilə izah olunur.

Aytac Zeynalova

Seçilən
25
5
anews.az

10Mənbələr