2025-ci ilin altı ayında Azərbaycan 98,6 milyon ABŞ dolları dəyərində pambıq ixrac edib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 15,6 % azdır. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi məlumat yayıb.
Cari ilin iyununda Azərbaycan 9,8 milyon ABŞ dolları dəyərində pambıq ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 43,35 % azdır.
6 ay ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,9 % artaraq 1,8 milyard ABŞ dolları təşkil edib.
2024-cü ilin yanvar-iyununda pambıq lifi ixracı 69,5 min ton, dəyəri isə 100,2 milyon manat olmuşdu.
İxrac həcminin artması ilə yanaşı, orta ixrac qiymətləri və texniki göstəricilərdə də müsbət dinamika müşahidə olunub.