Bu ilin yanvar-iyun aylarında Azərbaycan 98,6 milyon ABŞ dolları dəyərində pambıq ixrac edib.
“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın iyun sayında bildirilir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,6 % azdır.
Təkcə iyunda isə Azərbaycan 9,8 milyon ABŞ dolları dəyərində pambıq ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 43,35 % azdır.
6 ay ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,9 % artaraq 1,8 milyard ABŞ dolları təşkil edib.